Daha bir virus TƏHLÜKƏSİ – Yoluxanlarının sayı 100-ü ötdübackend

Daha bir virus TƏHLÜKƏSİ – Yoluxanlarının sayı 100-ü ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında ağcaqanad dişləməsi ilə keçən Zika virusuna yoluxanların sayı 105-ə yüksəlib.

ştatın baş naziri Yogi Adityanat son bir ayda yoluxan 105 nəfərdən 17-nin sağaldığını bildirib.

Xəstəliyin qeydə alındığı ərazilərə baş çəkən və araşdırmalar aparan Yogi Adityanat xəstələrin ailə üzvləri ilə görüşdüyünü qeyd edib. O, həm COVID-19, həm də Zika virusunun yayılmasının qarşısını almaq üçün müalicə tədbirlərinin həyata keçirildiyini və virusun nəzarət altına alındığını vurğulayıb.

Virus daşıyıcısı olan ağcaqanadların dişləməsi ilə yayılan virusa ilk dəfə 2017-ci ildə Hindistanda Qucarat ştatının Əhmədabad şəhərində, daha sonra isə Tamil Nadu ştatının Krişnagiri şəhərində rast gəlinib.

Qeyd edək ki, qızdırma, səpgi, oynaq və əzələ ağrıları kimi simptomların göründüyü xəstəliyin xüsusi müalicəsi yoxdur.