Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıbbackend

Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın Gürcüstan və Ermənistandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İnterpress.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, diplomatın günün sonuna qədər XİN-ə gəlməsi gözlənilir.

Daha əvvəl Sorensenin Danimarka KİV-lərinin birində Gürcüstanda baş verən son hadisələrlə bağlı məqaləsi dərc olunub. Diplomat keçmiş baş nazir və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilini “1990-cı illərdə Rusiyada var-dövlət qazanan oliqarx” adlandırıb.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası səfirin açıqlamasını məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, partiyanın 2023-cü il dekabrın 30-da keçirilən qurultayı onun təsisçisi, 67 yaşlı Bidzina İvanişvilini fəxri sədr seçib.