Danimarka NATO-nun Ukrayna üçün Amerika silahlarının alınması təşəbbüsünə 90 milyon dollar bağışlayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kopenhagen artıq layihəni dəstəkləyən İsveç və Norveçə qoşulub. Paketin ümumi dəyəri təxminən 500 milyon dollar qiymətləndirilir.
Danimarkanın ilk töhfəsi Amerikanın hava hücumundan müdafiə və artilleriya sistemlərinin alınmasına yönələcək.
Bundan əvvəl ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bildirmişdi ki, Hollandiyadan sonra digər ölkələr də yaxın vaxtlarda Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı mexanizmi çərçivəsində Ukraynaya yeni yardım paketlərini elan edəcəklər.
Xuraman Etibarlı
İnterpress.az