Daşkəsəndə toyda qətl törədildibackend

Daşkəsəndə toyda qətl törədildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsəndə qətl hadisəsi baş verib.

Hadisə rayonda “Köhnə stadion” adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.