“Davam” “Zəfərin səsi” adlı konsert proqramı təşkil edibbackend

“Davam” “Zəfərin səsi” adlı konsert proqramı təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 noyabr tarixində “Park Bulvar” Ticarət Mərkəzində “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş “Zəfərin səsi” adlı konsert proqramı baş tutub.

Konsertdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “Park Bulvar” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı, “RHİM” İctimai Birliyinin sədri Arzu Bağırova və davamçı gənclər iştirak edib.

Aparıcı Firuzə Cəlilova tamaşaçıları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konsertin əvvəlində çıxış edən “Davam”ın sədri Nihad Allahyarlı Zəfərimizin ilk ildönümü münasibəti ilə gəncləri təbrik edib, qələbələrimizin davamlı olmasını diləyib. “RHİM” İB sədri Arzu Bağırova hərəkat tərəfindən belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edib və gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konsert zamanı Şəmistan Əlizamanlı, Nərmin Kərimbəyova, Vüqar Muradov, Fərid Mərd, Nuray Rəhman, Nofəl Aslanov, davamçı gəncimiz Fidan İsmayılzadə və digər tanınmış müğənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Gənclər mahnıların sədaları altında şənlənib, rəqs edib, yallı gediblər.

Konsert Nofəl Aslanovun ifa etdiyi “Ey Vətən” mahnısının sədaları altında yekunlaşıb.