Manyak qadının ağzını tikib, döşünü kəsərək yolun kənarına atıb.
İnterpress.az xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Amur vilayətində baş verib.
55 yaşlı yerli sakin dostu ilə içki içib. Söhbət Ukraynaya gedib və Amur sakini oğlunun müharibədə öldyünü bildirib.
Münaqişə baş verib, qeyri-adekvat kişi bədbəxt qadının əllərini bağlayıb, ağzını tikib və sinəsini kəsib, sonra bıçaqla qadını öldürüb.
İki gün sonra çöldə havanın qaralmasını gözləyən manyak izləri gizlətmək üçün eybəcər hala salınmış bədəndən qurtulmaq qərarına gəlib.
Kişi meyiti sürüyüb tənha yerə aparıb. Hadisə şahidləri dəhşətli tapıntını aşkar edərək polisə müraciət ediblər.
Qətli törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az