DEM Partiyası Abdullah Öcalanla görüşdən sonra BƏYANAT YAYDIbackend

DEM Partiyası Abdullah Öcalanla görüşdən sonra BƏYANAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DEM Partiyası Abdullah Öcalanla ikinci görüşdən sonra bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, Türkiyənin kürd yönümlü DEM partiyası (keçmiş adı HDP) kürd hərbi-siyasi təşkilatı PKK-nın lideri Abdullah Öcalanla yanvarın 22-də keçirdiyi ikinci görüşdən sonra bəyanat yayıb.

Açıqlamada vurğulanıb ki, 4 saat davam edən görüşdə ona partiya nümayəndə heyətinin onunla ilk görüşdən (28 dekabr 2024-cü il) sonra Türkiyə siyasi qüvvələri ilə apardığı danışıqlar barədə məlumat verilib.

Türkiyə mətbuatının yazdığına görə, fevralın ortalarında Öcalanın partiyasını və tərəfdarlarını silahı yerə qoymağa çağıra biləcəyi gözlənilir.

Öcalanla PKK-nın Türkiyədə silahlı mübarizəsinin sona çatması ilə bağlı rəsmi açıqlama verə biləcəyi üçüncü görüşdən sonra (ehtimal ki, fevralın 15-də) təşkilatın yanaşmasında ciddi dəyişikliklərin açıqlanacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az