“Demək olar ki, hər serialda qadın aldadılır”backend

“Demək olar ki, hər serialda qadın aldadılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muhteşem yüz yıl” serialındakı “Hürrəm” obrazı ilə tanınan Meryem Üzərli bu dəfə açıqlaması ilə diqqət çəkib.

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bir gün həyatı film olarsa, onu Öykü Karayelin canlandırmasını istədiyini etiraf edib. O, eyni zamanda, hazırki ekran işlərinə münasibəti ilə bağlı sualları da cavablandırıb.

“Demək olar ki, hər serialda qadın aldadılır. Böyük dramdır. Uşaqlar da baxır, düşünür… Aldatmağı normallaşdırırlar. Sanki bu, çox normaldır, hər gün olur. Bu, çox kədərlidir. Kaş ki, gənclər bunu normal bir şey kimi qəbul etməsələr. Axı medianın, incəsənətin də dünya qarşısında məsuliyyəti var”.