İzmirdə dəniz sahildən 300 metr geri çəkilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyənin İzmir şəhərində dəniz 300 metr geri çəkilib.
Dənizin geri çəkilməsi hər il baş versə də, bu dəfəki geriçəkilmə həddindən artıq – 300 metr olması insanlarda narahatlıq yaradaıb. Onlar təhlükəsizlik tədbirlərinə başlamağa qərar veriblər.
Sakinlər zəlzələ və sunami olma ehtimalına qabaqcadan hazırlıqlı olmağa çalışırlar.
Xuraman Etibarlı
İnterpress.az