Deputat özünə 367 min manatlıq lüks avtomobillər ALDI – FOTObackend

Deputat özünə 367 min manatlıq lüks avtomobillər ALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada millət vəkilinə 9 milyon qrivnadan çox vəsaitin leqallaşdırılmasında şübhə irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukraynanın Anti-Korrupsiya Bürosu (NABU) və Xüsusi Anti-Korrupsiya Prokurorluğu (SAP) fəaliyyət göstərən millət vəkili Yevgeni Şevçenkoya qarşı 9 milyon qrivnadan (təxm. 367 min 317 man) çox vəsaitin leqallaşdırılmasında şübhə irəli sürüblər.

Bildirilir ki, vəkil gübrə daşınması üçün icazə məsələsində şirkət nümayəndələrinə kömək vəd edib, lakin heç bir hərəkət etməyib.

Sonradan vəsaitin bir hissəsini yaxın qohumuna ötürüb, bir hissəsini isə BMW X5 M (F95) və Mercedes-Benz G 63 AMG avtomobillərinin alınmasına xərcləyib.

Yaroslava Jeleznyak bildirib ki, Şevçenko 2024-cü ildən həbsxanadadır.

Xuraman Etibarlı

İnterpress.az