Deputat yaralı əsgərlərimizin müalicəsi üçün səfirə müraciət etdi – FOTOLARbackend

Deputat yaralı əsgərlərimizin müalicəsi üçün səfirə müraciət etdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin deputatı Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azay Quliyev bildirib ki, Azərbaycan İsraillə  münasibətlərin inkişafına xüsusi önəm verir və iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Qeyd edilib ki, ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar var.

 

Deputat Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib, burada Sinaqoqların fəaliyyət göstərdiyini söyləyib.

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik dövlətlərimiz və xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu, iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini söyləyib. Diplomat Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu deyib. Azərbaycanlılarla yəhudilərin hər zaman mehriban yaşadığını və bunun dostluq və qardaşlığın təzahürü olduğunu qeyd edib.

 

Səfir iqtisadi, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafından, bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıqdan, su ehtiyatlarının səmərəli istifadə olunmasından bəhs edib.

 

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi, işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri, yaralı əsgərlərimizin müalicəsi ilə bağlı İsrail dövlətinin dəstəyi və digər məsələlər barədə danışılıb.

 

Milli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO) - Gallery ImageMilli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO) - Gallery ImageMilli Məclisdə İsrail səfiri ilə görüş keçirilib (FOTO) - Gallery Image

 

İnterpress.az