Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Suriya ordusunun sıralarında İranın dəstəklədiyi qruplara qarşı döyüş təyyarəsi ilə hava hücumu təşkil edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yerli mənbələrdən əldə edilən məlumata görə, mənşəyi naməlum döyüş təyyarəsi İran hərbi qüvvələrinin olduğu nöqtələrə hücum edib. Dəstəklənən qruplar Əlbukamal rayonunun Siyal kəndində və Deyr əz-Zorun Meyadin bölgəsində həyata keçirilir.
Hava hücumu nəticəsində ölən və yaralananların olduğu, 3 hərbi maşının yararsız hala düşdüyü bildirilib.
Mənşəyi məlum olmayan təyyarələr ötən ay Əlbukamal və yaxınlıqdakı Harabesh, Herri və Humeyda bölgələrində İranın dəstəklədiyi qrupları hədəfə alıb.
Suriyada son günlər ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye rayonunda, Həsəkə vilayətinin Şəddadi rayonu və Deyr əz-Zor əyalətində yerləşdirildiyi bazalara silahlı pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edilib.
Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.
İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir.