Diplomat qadının ölüm sirri açıqlandıbackend

Diplomat qadının ölüm sirri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda göydələn binanın 17-ci mərtəbəsindən yıxılaraq ölmüş isveçrəli diplomatın şəxsiyyəti məlum olub.

İnterpress.az “Rokna”ya istinadla xəbər verir ki, bu, diplomatik nümayəndəlikdə birinci katib vəzifəsini tutmuş Silvie Brunnerdir.

İsveçrənin İrandakı səfirliyində 2-ci şəxs olan 51 yaşlı diplomat Tehranın Kamraniyə məhəlləsində yaşayıb. Hadisə yerində tapılan əlyazması qadının intihar fərziyyəsini təsdiqləyib.

Cəsədi göydələn binanın yaşıl sahəsində tapılmış səfirlik əməkdaşının ölümü ilə bağlı təhqiqat zamanı binanın kamera görüntüləri araşdırılıb. Bundan başqa, mənzildə axtarış aparılıb. Əşyaların dağınıq olmaması, qurbanın ölümdən əvvəl heç bir şəxslə əlaqəyə girmədiyi müəyyənləşdirilib.

Araşdırma zamanı İsveçrə diplomatının ərindən ayrıldığı və tək yaşadığı məlum olub. İki övladından biri vəfat edib, 21 yaşlı digər oğlu isə hazırda İsveçrədə yaşayır. Xidmətçinin sözlərinə görə, bəzən ev sahibəsi depressiya vəziyyətində olub: “Amma son vaxtlar əhval-ruhiyyəsi yaxşı idi”.

Mənzildəki masanın üzərində bir əlyazma aşkarlanıb. Yanında mərhum diplomatın cib telefonu və qələmi olub. Əlyazmada ingilis dilində bu cümlələr yazılıb: “Ölümümdən sonra cəsədimi İsveçrəyə aparın və oğluma məlumat verin. Sonra cəsədimi yandırın və külünü ölən uşağımın yanına basdırın. Bundan əlavə, bütün əmlakımı və kapitalımı oğluma vəsiyyət edirəm”.

Əlyazmada tarix və imza olmayıb. Aparılan kalliqrafiq tutuşdurma xəttin Silvie Brunnerə aid olduğunu təsdiqləyib.

Tehrandakı İsveçrə səfirliyin əməkdaşları xanım Brunneri “çox xoşbəxt və enerjili” kimi səciyyələndiriblər. Həmçinin, onun intihar etdiyinə inanmağın çətin və təəccüblü olduğunu bildiriblər. Diplomatlardan biri deyib: “O, İranı sevən şən bir qadın idi”.

 

      İnterpress.az