Dmitri Medvedev Ukraynanı “yoxa çıxan ölkə” adlandırıb.
İnterpress.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə Ukraynanı məhv etməklə hədələyib.
“Tramp nəhayət Kiyev rejimini sındıraraq Amerikanın yardımını minerallarla ödəməyə məcbur etdi. İndi hərbi təchizatın əvəzi yoxa çıxan ölkənin milli sərvəti ilə ödənilməli olacaq”, – o. ABŞ-nin mineral sövdələşməsi ilə bağlı Telegram-da yazıb.
Xuraman Etibarlı
İnterpress.az