Dominikan Respublikasında güclü yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölübbackend

Dominikan Respublikasında güclü yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karib hövzəsi ölkəsi Dominikanda leysan yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Təcili Hərəkət Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysan yağışın can və mal itkisinə səbəb olduğu bildirilib.

Güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirdiyi bildirilib.

14 əyalətdə qırmızı həyəcan elan edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.

Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan etdiklərini açıqlayıb.

1583 ev daşqınlardan zərər çəkib, 7 min 915 nəfər təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb. Yağış bir çox rayonları işıqsız qoyub.