DSX sərhəddəki vəziyyətlə bağlı MƏLUMAT YAYDIbackend

DSX sərhəddəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidməti sosial şəbəkələrdə Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun iki üzvünün saxlanılması barədə yayılan iddialara münasibət bildirib.

DSX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

 

İnterpress.az