Dünya əhalisinin artımının 8 ölkədə cəmləşəcəyi təxmin edilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bu ölkələrin Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya olacağı bildirilir.
Bu ölkələrin 2050-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının yarısını təşkil edəcəyi gözlənilir.
Dünya əhalisi artarkən, əhalinin artım tempi azalır
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UNDESA) “2022-ci il Dünya Əhalisinin Perspektivləri” hesabatında yer alan təxminlərə əsasən, dünyada 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard əhali yaşayacaq.
Dünya əhalisinin artmağa davam etdiyi, lakin artım sürətinin azaldığı vurğulanan hesabatda, ölüm nisbətlərinin azalmasından sonra doğuş nisbətinin yüksək səviyyədə qalması ilə əhali artımının davam edəcəyinə diqqət çəkilərək, doğum nisbətinin azalmasının, artım tempinin azalması müşahidə olunur.