Dünyada mina qurbanlarının sayı 4 710 nəfərə çatıb – HESABATbackend

Dünyada mina qurbanlarının sayı 4 710 nəfərə çatıb – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 4 710 nəfərin minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olduğu qeydə alınıb.

İnterpress.az  xəbər verir ki, bu, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hazırladığı “Landmine Monitor Report 2023” layihəsində əksini tapıb.

Bildirilib ki, onların 1 661 nəfəri həlak olub, 3 015 nəfəri yaralanıb, 34 nəfərin statusu məlum deyil: “Mina qurbanlarının 85 %-i mülki insanlardır, onların da 49 %-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriya və Ukraynada qeydə alınıb. Mina qurbanlarının əksəriyyəti kişilər və oğlan uşaqlarıdır”.

“Hələ də dünyanın ən azı 60 ölkəsində minalarla çirklənmə qeydə alınıb. Son il ərzində üzv dövlətlər tərəfindən 219.31 km² ərazi təmizlənib və 169 276 piyada əleyhinə mina tapılaraq məhv edilib. Konvensiyaya üzv olan 94 ölkə ehtiyatında olan 55 milyon minanı məhv etdiyini rəsmi bildirib”, – hesabatda vurğulanıb.