Dünyanın ən bahalı şəhərləri açıqlandıbackend

Dünyanın ən bahalı şəhərləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Economist” jurnalının araşdırma və təhlil bölməsi olan “Economist Research Unit” (EIU) tərəfindən “Dünyanın ən bahalı şəhərləri” araşdırmasının 2022-ci il məlumatları dərc olunub.

İnterpress.az “Haberglobal”a istinadən bildirir ki, dünyanın ən bahalı şəhərləri Nyu York və Sinqapur olub. Türkiyənin ən böyük şəhəri olan İstanbul ən yüksək yaşayış dəyəri olan şəhərlər arasında yerini alıb. Növbəti sıralarda isə Təl-Əviv, Honq-Konq, Los Anceles, Sürix, Cenevrə, Paris və Kopenhagen yerləşib.

Dünyanın 172 ən böyük şəhərində yaşayış dəyəri keçən ilə nisbətən orta hesabla 8,1 faiz artıb. Bu artımda Ukraynadakı müharibə, enerji böhranı və təchizat zəncirindəki problemlər kimi amillər təsirli olub. Asiya şəhərlərində qiymət artımı dünyanın qalan hissəsi ilə müqayisədə 4,5 faizlə məhdudlaşıb.

Hesabatda deyilir ki, İstanbul, Buenos-Ayres və Tehran da daxil olmaqla şəhərlər həddindən artıq yüksək inflyasiyadan əziyyət çəkir.Qiymətlər ötən ildən etibarən İstanbulda 86 faiz, Buenos-Ayresdə 64 faiz və Tehranda 57 faiz artıb.