DXS-nin sərhəd zastavası istifadəyə verilibbackend

DXS-nin sərhəd zastavası istifadəyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının zastavası istifadəyə verilib.

Bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən və dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası təmir edilərək istifadəyə verilib.

Açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov iştirak edib.

Sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.