DYP: “Son 4 gündə ölümlə nəticələnən yol qəzası qeydə alınmayıb”backend

DYP: “Son 4 gündə ölümlə nəticələnən yol qəzası qeydə alınmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 4 gündə respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.

O deyib ki, aprelin 3-dən 7-dək ölkə ərazisində baş verən yol qəzalarında ölən olmayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında respublika ərazisində 277 yol qəzası baş verib. Nəticədə 126 nəfər həlak olub, 225 nəfər isə yaralanıb.