Ədalət Şükürov niyə övladlarını gizlədir?backend

Ədalət Şükürov niyə övladlarını gizlədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Ədalət Şükürov ailəsi barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sənətçi övladlarını niyə efirdən uzaq saxladığını bildirib.

“10da görüşək” proqramında qonaq olan müğənni heç vaxt övladlarının kim olduğunun bilinməsini istəmədiyini deyib:

“Qızımla fəxr edirəm. Məktəbi bitirdi, “Xarici Dillər”də oxudu, heç kim bilmədi ki, o, mənim qızımdır. Diplomunu da gedib özü aldı. Oğlum da eyni. Bir dəfə efirdə oxuduğu universitetin adını çəkdim, onda bildilər ki, oğlumdur. Gəldi dedi ki, ata, bunu harada demisən? Deyirəm, normal haldır, ata övladla fəxr edər. Övlad atasına güvənər. Amma bizim ailədə başqa cürdür. Ailəsini, övladlarını göstərənlər də yaxşı edir. Ona deyə bilmərəm belə etmə. Adam istəyir göstərir, istəmir göstərmir”.

Qeyd edək ki, Ədalət Şükürovun qızı Jalə Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib.

O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir.

Sənətçinin oğlu Emil isə tələbədir.

Ədalət Şükürov niyə övladlarını gizlədir?
Ədalət Şükürov niyə övladlarını gizlədir?