Rusiyada qız TikTok videosu üçün uşağın kürəyinə təpik vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Moskvada qız TikTok videosu çəkərkən körpə qardaşının kürəyinə təpiklə zərbə vurub və rəqs edib.
Qız valideynləri evdə olmadığı vaxt rəfiqəsi ilə əylənib. TikTok-da yayımlanan görüntülərdə bacının uşağı çarpayıya qoyaraq kürəyinə bərk təpiklə vurduğu görünür.
“Zərbədən sonra uşaq şiddətli ağrıdan ağlamağa başlayıb. Hazırda polis hadisəni araşdırır”, – KİV qeyd edir.
Video TikTok-a yüklənib və müstəntiqlərin diqqətini cəlb edib, cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az