Əfqanıstan Mərkəzi Asiya ilə sərhədlərə yenidən baxmaq niyyətindədir.
interpress.az xəbər verir ki, bu barədə Taliban hökumətinin energetika və su ehtiyatları naziri Əbdül Lətif Mənsur məlumat verib.
Əfqanıstanın Tacikistan, Özbəkistan və Türkmənistanla sərhədləri daşqınlar nəticəsində bulanıqlaşıb və yenidən çəkiləcək.
“Tacikistan, Özbəkistan və Türkmənistanla sərhədlərimiz daşqınlar səbəbindən bulanıq olub. Biz əvvəlki sərhədlərin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görürük və 20 gün əvvəl Ali Liderimizlə bu məsələni müzakirə etmişik”, – Mənsur bildirib.
Mənsurun sözlərinə görə, Heybətullah Axundzadənin göstərişi ilə yaradılan bu plan Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Kəşfiyyat Baş İdarəsi də daxil olmaqla bir neçə nazirliyin iştirakı ilə həyata keçiriləcək. Bununla belə, nazir strategiyanın təfərrüatlarını açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az