Əfqanıstanda otelə hücum: 3 ölübackend

Əfqanıstanda otelə hücum: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Xost əyalətində otelə edilən bombalı hücumda 3 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hücum Xost şəhərinin mərkəzindəki Kari Zadran adlı oteldə baş verib.

İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Şahidlər hücum zamanı otelin içərisində Pakistan Talibanının (TTP) üzvlərinin olduğunu iddia ediblər.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.