Əfqanıstanda tankerin partlaması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıbbackend

Əfqanıstanda tankerin partlaması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda tankerin partlaması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Əfqanıstanın şimal vilayətlərini paytaxt Kabilə birləşdirən yeganə qapı olan Salanq tunelində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı dünən 31-ə yüksəlib.

Taliban müvəqqəti hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Şaraft Zaman mövzu ilə bağlı son məlumatı mətbuatla bölüşüb.

O, indiyə qədər tuneldə baş verən qəzada həyatını itirənlərin sayının 31-ə, yaralıların sayının isə 37-yə yüksəldiyini bildirib.

Dağıntılar altında qalan insanların olduğunu qeyd edən Zaman axtarış-xilasetmə işlərinin davam etdiyini, ölən və yaralananların sayının arta biləcəyini qeyd edib.