Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfiri Bakıya gəldibackend

Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfiri Bakıya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına təyin etdiyi yeni Fövqəladə və Səlahiyyətli Səfiri Amanullah Ceyhun Bakıya gəlib.

İnterpress.az xəbər verir ki, bu təyinatadək səfir Əfqanıstan Xarici İşlər Nazirliyinin idarə rəisi vəzifəsində çalışıb. Amanullah Ceyhun Əfqanıstanın Türkiyə Respublikasında və Avstraliyada səfiri olub. O, ölkəsinin Malayziya və Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.

 

İnterpress.az