Əgər Ordumuz Şuşanı azad etməsəydi,…” – Partiya sədribackend

Əgər Ordumuz Şuşanı azad etməsəydi,…” – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqı düz 30 il dünya birliyindən ədalət gözlədi”.

Bu sözləri Qarabağın azadlığının birinci ildönümünün yaxınlaşmasına münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, Zəfər Günü yaxınlaşdıqca hamı yenidən bir il öncəki əhval-ruhiyyəyə köklənir:

“Bir il öncə hər gün cəbhədən böyük bir coşqu və ümid hissilə qələbə xəbərləri gözləyən insanlarımız bu gün yenidən o günlərin xoş həyəcanını təkrar yaşayır. Azərbaycan Ordusu müharibənin ilk günündən son anına  kimi xalqın və Ali Baş Komandanın ümidlərini layiqincə doğrultdu. Şəhidlərimiz öz fədakarlıqları ilə yeni tarix yaratdılar. O tarixin zirvə nöqtəsi isə Şuşa oldu. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.

Əlbəttə, biz bu günlərə heç də asanlıqla gəlmədik. Biz 44 günlük müharibənin qələbə sevincini dadmazdan öncə, 27 sentyabra qədər uzun və keşməkeşli bir tarix yaşadıq. Azərbaycan xalqı düz 30 il dünya birliyindən ədalət gözlədi. Lakin kimsə Azərbaycan xalqının ədalət istəyinə ədalətli münasibət sərgiləmədi. Dövlət başçımızın bütün bu səylərinə baxmayaraq, dünya birliyi Ermənistanı 30 il ərzində işğalçılıq siyasətindən çəkindirmək istiqamətində heç bir kəsərli addım atmadı. Xüsusən də ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək əvəzinə onu dondurmağa, ermənilərin maraqlarına uyğun olaraq “status-kvo”nu qoruyub saxlamağa və Azərbaycan xalqını daim yalançı sülh vədləri ilə aldatmağa çalışması ilə yadda qaldı”.

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatına başladığını bildirən Əlisahib Hüseynov bildirib ki,  Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş aparmaqla 30 illik ədalətsizliyə son qoydu:

“İlham Əliyev İkinci Qarabağ müharibəsində bütün xalqımızı və gücümüzü bir yumruq kimi birləşdirməyi bacardı. Əgər Ordumuz Şuşanı azad etməsəydi, Qələbəmiz həqiqətən də yarımçıq olardı. Biz Ali Baş Komandanın noyabrın 8-i günü Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından xalqa necə böyük qürur və həyəcan hisssilə çatdırmasını bu gün də yaxşı xatırlayırıq. Şuşa erməni ümidlərinin “qəbristanlığ”ına çevrildi. Bu mənada Şuşanın azad edilməsi həm böyük siyasi, həm də strateji əhəmiyyət kəsb edir və olduqca böyük mənəvi anlam daşıyır”.

Gülşən