Əhmədinejadın İrandan çıxışına stop qoyulubbackend

Əhmədinejadın İrandan çıxışına stop qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Mərkəzi Amerika ölkəsi Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında pasportu müsadirə edilib və ölkəni tərk etməyə icazə verilməyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Keçmiş prezidentə yaxınlığı ilə tanınan “dolatebahar.ir” saytının Telegram hesabında paylaşılan xəbərə görə, beynəlxalq su ehtiyatlarının idarə edilməsi simpoziumunda iştirak etmək üçün Qvatemalaya getmək üçün hava limanında olan Əhmədinejad bloklanıb.

Sözügedən xəbərdə deyilir ki, özlərini kəşfiyyat və təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər bu gün İmam Xomeyni hava limanına gələrək Əhmədinejadın pasportunu ələ keçirib və İran millətinin qulluqçusunun Qvatemalaya getməsinə mane olublar

İranın “İttilaat” qəzeti təhlükəsizlik rəsmilərinin “beynəlxalq sanksiyalara görə həbs olunma ehtimalı” və Qvatemaladakı “qeyri-sabit təhlükəsizlik və siyasi şərait” səbəbindən Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etdiyini və Əhmədinejadın səfərinin ləğv edildiyini yazıb.

ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Əhmədinejadı və İran Kəşfiyyat Nazirliyini sentyabrın 18-də Tehran arasında məhbus mübadiləsi zamanı ABŞ vətəndaşlarının İranda “ədalətsiz” həbsində rol oynadıqlarına görə sanksiya siyahısına saldığını açıqlayıb.

Xatırladaq ki, Əhmədinejad 2005-2013-cü illərdə iki müddət İran prezidenti olub. ABŞ administrasiyası 2007-ci ildə İranda itkin düşdüyü bildirilən Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinsona görə o vaxtkı prezident Əhmədinejadı və Kəşfiyyat Nazirliyini günahlandırır.