Əkbər Yusifoğlu – Döyüş meydanında əldə etdiyimiz qələbələrbackend

Əkbər Yusifoğlu – Döyüş meydanında əldə etdiyimiz qələbələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həsrətin son nəfəsi Qələbə olacaq,Vətən!

Döyüş əzmi döyüşmək istəyidi, döyüşmək məqsədidi. Həm də Vətən naminə döyüşməyin müqəddəsliyini yaşatmaqdı. Belə döyüşə tarixi döyüş də deyə bilərik. Tarixi döyüşlər anları tarixləşdirmə niyyətidi. Əsgərin döyüş hazırlığını döyüş əzmi, qələbə ruhunu mənəvi-psixoloji hazırlığı tamamlayır. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzminin də, qələbə ruhunun da mahiyyəti torpaqlarımızın işğaldan azad edilməsindədi. Buna görə ordumuz dünyanın ən güclü orduları sırasındadı. Məmləkət boyunca yaşanılan bu qürur vətəndaşlıq hissiyatını müəyyənləşdirməyə qadir olan qürurdu.

Döyüşlərin yaşarı, bəşəri nidası Şuşanın dağlarının dumanını dağıdacaq, Cıdır düzünün çiçəklərinin ləçəklərinə sığal çəkəcək, bulaqların sıxıntılardan sıyrılan şırıltısına qarışacaq… Bu hökmün icraçısı Azərbaycan əsgəri olacaq.
Döyüş əzminin də, qələbə ruhunun da yüksəldilməsi həm də əsgərin vətənsevərliyi ilə bir sırada bu amillərlə bağlıdır. Qürurla deyirəm ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamağa qadirdir”.
duyğulandırır:
İşğal olunmuş torpaqlarımız işğaldan azad ediləcək digər rayonlarda işğala atılan son güllə kimi səslənəcək.
“İyul döyüşləri əsgərlərimizin döyüş əzmini də kükrədib, qələbə ruhunu da. Hər biri Böyük Qələbənin əsgəri olmaq istəyiylə xidmət edir.
– Böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir” – tövsiyəsi unudulmayacaq. Böyük tarixi şəxsiyyətin bu fikri gənclərin vətənpərvərlik duyğularının formalaşması üçündü. Bu fikrin sevgi olduğu, orduya sevgi olduğu hərbi xidmətdə daha əhatəli hiss edilir. Biz bunu gənc əsgərlərin hərbi xidmətə münasibətində və könüllü olaraq cəbhədə vuruşmasından daha əhatəli duyuruq, Bu fikir bizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir tövsiyəsini də xatırladır: “…Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi – həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır”. Bu tövsiyə tariximizi öyrənə-öyrənə gələcək tariximizi yazacaq yaxın vaxtlarda Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq.
Azərbaycan əsgərinin qələbəsi tarixdi.
Ali Baş Komandanın döyüş əmri ictimaiyyəti də müsəlləh əsgər edəcək. İctimaiyyət bu inamla yaşayır, ordu bu inamı gücünə güc bilir.
Son döyüşlərdə əsgərlərimiz düşmənin neçə-neçə dayaq məntəqəsini dağıtdı, neçə-neçə döyüş texnikasını, onlarla canlı qüvvəsini məhv etdi. Bu həmrəylik əsgərlərimizin qələbə ruhunu yüksəldərək qələbə qazandırır və bunlar Azərbaycan əsgərinin qələbə ruhunun qüdrətidir.
Hər bir əsgərlərin baxışlarında döyüş əzmi qələbə ruhunu tamamlayır…
Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir.

QARABAĞ AZƏRBAYCANDIR!

Əkbər Yusifoğlu
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Tanınmış vəkil

 

İnterpress.az