Ekspertdən valideynləri narazı salan məsələyə münasibət: “Burada ayrı-seçkilik yoxdur”backend

Ekspertdən valideynləri narazı salan məsələyə münasibət: “Burada ayrı-seçkilik yoxdur”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özəl müəssisələr Təhsil Nazirliyinin tabeliyində olsa da, qərarlarını özləri verirlər”.

Belə məlumat var ki, illiyi 10 min manatdan yuxarı olan özəl məktəblər sentyabrın 1-dən işləyir, lakin illiyi 10 mindən aşağı olan məktəblər isə ayın 22-si tədris ilinə başlayacaq.

Cəmiyyətdə müzakirəyə səbəb olan bu vəziyyətlə bağlı təhsil eksperti Elçin Əfəndi öz fikirlərini İnterpress.az-la bölüşüb.

Ekspert qeyd edib ki, illiyi aşağı olan özəl məktəblərdə tədrisin gec başlaması müəssisənin seçimlərinə əsasən həyata keçirilir:

“Məsələ ondan ibarətdir ki, illiyi yüksək olan müəssisələr yalnız litseylər və özəl məktəblərdir. Bu müəssisələrin tədrisə daha erkən başlaması ayrı-seçkilik kimi qəbul edilməməlidir. Çünki özəl müəssisələr Təhsil Nazirliyinin tabeliyində olsa da, qərarlarını özləri verirlər. Burada qeyri-qanuni yanaşma mövcud deyil. Həmin müəssisələr özəl olduğuna görə verdikləri qərarı doğru yanaşma kimi qəbul etmək olar”.

Gülşən