Ekvadorda prokurorun avtomobilindəki silahlı hücumda həyatını itirməsinin ardından həyata keçirilən əməliyyatda sui-qəsdə qarışmaqda şübhəli bilinən 2 nəfər nəzarətə alınıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela keçirdiyi mətbuat konfransında dünən baş verən silahlı hücumda prokuror Sezar Suaresin qətli ilə əlaqədar 2 nəfəri əsir götürdüklərini və çoxlu sayda silah-sursat müsadirə etdiklərini bildirib.
Dəstələrə qarşı əməliyyatların “qətiyyətlə” davam etdiyini xatırladan Vela prokuror Suaresin öldürülməsinin “Çone Killers” adlı cinayət təşkilatına aid qatillər tərəfindən həyata keçirildiyini bildirib.
Vela sui-qəsdlə bağlı daha iki nəfərin axtarıldığını vurğulayaraq, qısa zamanda nəticə əldə etməyi hədəflədiklərini bildirib.
Ekvadorun baş prokuroru Diana Salazar sosial media hesabında açıqlama verib.