Eldardan həmkarlarına tərs şillə: “Fonoqramla oxuyan müğənnilər özlərinə hörmət etmirlər” – FOTObackend

Eldardan həmkarlarına tərs şillə: “Fonoqramla oxuyan müğənnilər özlərinə hörmət etmirlər” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aygün Kazımovanın, Röya Ayxanın, Zamiq Hüseynovun, Sevda Yəhyayevanın mahnılarına qulaq asıram. Avropaya meyilli olsam da, damarlarımda azərbaycanlı qanı axır. Bu səbəbdən onların mahnıları məni ovsunlayır”.

İnterpress.az xəbər verir ki, bu sözləri 2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Eldar Qasımov “MTV Azərbaycan” telekanalında yayımlanan “Söhbətsiz” proqramında qonaq olarkən deyib.

İfaçı musiqi tərzini heç zaman dəyişməyəcəyini bildirib:

“Musiqi tərzimi dəyişmək fikrində deyiləm. İnsanlara özümü güldürmək istəmirəm”.

Qalmaqallardan uzaq olduğunu bildirən Eldar həmkarları ilə münasibətlərini efirdə deyil, telefonda həll etdiyini deyib:

“Nigarın şəkilləri gündəmdədir. O, qalmaqallara can atır. Danışdırırlar, o da onlara cavab verir. Mən isə bunu etməzdim. Özümü heç kimlə müqayisə etmirəm. Öz yolum var. Kimsə mənə söz atırsa, efir vasitəsi ilə deyil, zəng vurub, cavabını verərəm. Heç kim nə məndən alçaq, nə də hündür deyil. Deyirlər ki, guya özümü kimdənsə üstün görürəm. Bu, əsla belə deyil. 30 yaşım var. Çalışıram ki, qarşı tərəfin sözlərindən və hərəkətlərindən sonra deyilənlərə düzgün qiymət verim”.

Proqramın gedişatında E.Qasımov toylarda çıxış edən həmkarlarını fonoqramla oxumaqda günahlandırıb:

“İşimin adı əyləndirməkdir. Bəlli bir məbləğim var. Çıxışımın vaxtına baxır. Tanınmış müğənnilər toylarda fonoqramdan istifadə edirlər. Sonra da deyirlər ki, səhərdən axşama kimi toylarda oxuyuruq, səsimiz batacaq. Fonoqramla oxuyan müğənnilər özlərinə, ev sahiblərinə və tamaşaçılarına hörmətsizlik edirlər. Bütün çıxışlarımı canlı ifa edirəm. Çalışıram ki, rəqslər də olsun. Bu, mənə verilən qonorardan asılıdır”.

Saçını gah saraldıb, gah da yaşıla boyadan Qasımov bu hərəkətinə görə izləyicilər tərəfindən səsləndirilən tənqidlərə belə reaksiya verib:

“Əgər kütlənin fikri ilə yaşasaydım, heç zaman bu yerdə olmazdım. İstədiyimi edirəm. İstədiyim mahnıları oxuyuram, əlaqələri qururam, insanlarla oturub-dururam. Heç zaman onun-bunun fikri ilə yaşamamışam. Mənim üçün ən vacib yaxınlarımın, peşəkar insanların fikridir. Başqaları isə sadəcə, dinləsinlər və baxsınlar”.