Əli Xameneinin dəfn mərasimi Aşura günlərindən sonra KEÇİRİLƏCƏKbackend

Əli Xameneinin dəfn mərasimi Aşura günlərindən sonra KEÇİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Əli Xameneinin dəfn mərasiminin ilkin tarixi açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.

İslam Respublikasının sabiq Ali Rəhbəri Əli Xameneinin dəfn mərasimi və bununla əlaqədar anım tədbirləri Aşura matəm günləri başa çatdıqdan sonra, yəni 2026-cı il iyunun 25-26-dan dərhal sonra keçiriləcək.

Əlavə olaraq bildirək ki, “Aşura” şiə müsəlmanları üçün Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu gününə təsadüf edən əsas dini matəm günüdür.

Həmin gün dindarlar miladi təqvimlə 680-ci ildə Kərbəla çölündə xəlifə I Yezidin qoşunlarına qarşı döyüşdə şəhid olmuş İmam Hüseynin (Məhəmməd peyğəmbərin nəvəsi), onun ailə üzvlərinin və səhabələrinin xatirəsini yad edirlər.

Xuraman Etibarlı

İnterpress.az