Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcəkbackend

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-la geniş əlaqələrimiz var”.bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydeninin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib:

“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.  /bakupost.az/