“Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
O qeyd edib ki, türk milləti olaraq bu torpaqlarda azad, namuslu, dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq: “Siyasi, iqtisadi, ictimai quruluşu, hərbi gücü, təhlükəsizliyi ilə hər sahədə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər”.