Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcəkbackend

Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.

Qeyd olunub ki, iclasda həmçinin koronavirus pandemiyasına qarşı mübarizə və Şərqi Aralıq dənizindəki son durum, xüsusilə karbohidrogen ehtiyatlarının kəşfiyyat-axtarış prosesləri, Şimali Kipr Türk Respublikasına ediləcək sərmayələr və digər mövzular müzakirəyə çıxarılacaq.

 

İnterpress.az