Ərdoğan: “Yunanıstan Türkiyə təyyarələrinə raket atmaqla NATO-ya meydan oxuyur”backend

Ərdoğan: “Yunanıstan Türkiyə təyyarələrinə raket atmaqla NATO-ya meydan oxuyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın hava hücumundan müdafiə sisteminin Türkiyə təyyarələrinə qarşı fəaliyyəti NATO-ya çağırışdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, qeyd edib ki, Yunanıstan Türkiyə təyyarələrinin təqibində S-300-dən istifadə etməklə NATO-ya meydan oxuyub. Dövlət başçısı bildirib ki, Yunanıstan Türkiyənin nə siyasi, nə iqtisadi, nə də hərbi tərəfdaşı deyil.

“100 il əvvəl olduğu kimi, bu gün Yunanıstandan istifadə edərək ölkəmizin vaxtını və enerjisini boşa xərcləməyə çalışanların əsl niyyətlərini bilirik”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, avqustun 28-də Afina kəşfiyyat missiyası zamanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atıb.

Mənbə: Anadolu