Erməni vəkil həmkarının həbsinə etiraz olaraq ACLIĞA BAŞLADIbackend

Erməni vəkil həmkarının həbsinə etiraz olaraq ACLIĞA BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Erik Aleksanyan həmkarının həbsinə etiraz olaraq davamlı aclıq aksiyasına başladı

İnterpress.az xəbər verir ki, bu barədə vəkil Erik Aleksanyan sosial şəbəkə Facebook-da bildirib.

O qeyd edib ki, həmkarı Aleksandr Koçubayevin həbsinə etiraz olaraq məhdudiyyətsiz aclıq aksiyasına başlayır.

Aleksanyanın sözlərinə görə, Koçubayevin barəsində irəli sürülən ittiham onun sosial şəbəkədəki paylaşımı ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Koçubayev barəsində Cinayət Məcəlləsinin 490-cu maddəsi (hakim, prokuror və istintaqçı barədə təhqiredici məlumatların yayılması) üzrə cinayət işi açılıb.

Həbsin əsas səbəbi hakimiyyət orqanlarına tənqid və Facebook-dakı paylaşımı olub.

Əvvəlki paylaşımında Koçubayev istintaqçılar, hakimlər və prokurorları “şeytana satılmış” adlandırmış və onların qaçılmaz olaraq “Tanrının cəzasına” düçar olacağına əminliyini ifadə etmişdi.

Xuraman Etibarlı

İnterpress.az