Ermənilər aciz durumda: Orduya qadınlar çağırılırbackend

Ermənilər aciz durumda: Orduya qadınlar çağırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti ölkənin silahlı qüvvələrinə daha çox qadın cəlb etməyi planlaşdırır. bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusunu təcavüz üçün deyil, suverenliyin qorunması naminə inkişaf etdirəcək:

“Ermənistan döyüşmək və əraziləri ələ keçirmək niyyətində deyil. Tədricən peşəkar orduya keçiriləcək və çağırış xidmətinin strukturu əhəmiyyətli dərəcədə dəyişəcək”.

Qeyd edək ki, Ermənistanda ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə 25 avqust tarixində üç aylıq hərbi təlim düşərgəsi başlayacaq.