Ermənilər rusiyalı hərbi ekspertləri öldürməklə hədələyirlərbackend

Ermənilər rusiyalı hərbi ekspertləri öldürməklə hədələyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın tanınmış ictimai xadimləri – hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko Rusiyanın erməni lobbisi və ermənilər üçün çalışan “beşinci kolon” tərəfindən təhdid edilir, təhqir olunurlar.

İnterpress.az bu cəsur ruiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Bundan əlavə, bu ekspertlər silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduqlarını və bu səbəbdən baş verənlərdən ermənilərin özlərinin məsuliyyət daşıdığını bildirirlər.

Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmağa çalışırlar. Onlar rusiya mediasının erməni bataqlığındakı “üsyançıları” qorxutmağa və onlara böhtan atmağa çalışırlar.

Bir müddət əvvəl erməni milliyətçiləri M.Şevçekonu öldürməklə hədələyirdilər. İndi isə İ.Korotçenkonun şəxsiyyətini və ləyaqətini gözdən salmağa çalışırlar. Hərbçi, nüfuzlu “Voennoye Obozreniye” jurnalının baş redaktoru, Rusiya dövlət xadimi İqor Korotçenko indi bütün erməni sürüsünün hücumuna məruz qalıb.

Erməni lobbisi Rusiyadakı sındırmağa, qorxutmağa və beləliklə söz azadlığına təzyiq göstərməyə çalışırlar. Onlar söz azadlığını erməni çərçivəsi ilə məhdudlaşdırırlar. Əks təqdirdə, insanlara qarşı qarayaxma kampaniyası aparırlar və hətta öldürməklə hədələyirlər.

Bizim buna susmağımız boyun əymək anlamına gəlir.

 

İnterpress.az