Erməniləri “donuz” adlandıran rusiyalı bloqerə qarşı CİNAYƏT İŞİ AÇILDIbackend

Erməniləri “donuz” adlandıran rusiyalı bloqerə qarşı CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda erməniləri “donuz” adlandıran rusiyalı bloqerə qarşı rəsmi ittiham irəli sürülüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi “Vardavar” su bayramı zamanı erməniləri ağır təhqir edən Rusiya vətəndaşı, bloqer Nadejda Pirojkovaya qarşı rəsmən ittiham irəli sürüb. Bu barədə məlumatı İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan rəsmi şəkildə təsdiqləyib.

Məlumata görə, iyulun 14-də Pirojkova su bayramını “aqressiya” adlandıraraq ermənilərin ünvanına təhqiramiz ifadələr işlətmişdi.

Görüntülər yayıldıqdan sonra geniş narazılıqla üzləşən bloqer ictimai şəkildə rəsmən üzr istəyib, sözlərinin yolverilməz olduğunu etiraf edərək, bunu yaşadığı xoşagəlməz vəziyyət fonunda emosional şəkildə etdiyini bildirmişdi.

İstintaq Komitəsinin bəyanatına əsasən, rusiyalı bloqer informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ictimai şəkildə nifrət və düşmənçilik yayma maddəsi ilə ittiham olunur.

Onun barəsində ölkəni tərk etmək qadağası qətimkan tədbiri seçilib. Sözügedən maddə 1 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.аz