Ermənilərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilibbackend

Ermənilərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını müəyyən edib.

Bu barədə İnterpress.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq”, – deyə Dövlət Xidməti bəyan edib.