Ermənilərin yenidən dirçəlməsinin qarşısını kəsəcək YOL: “Türkiyənin regionda mövcudluğunu artırmalıyıq”backend

Ermənilərin yenidən dirçəlməsinin qarşısını kəsəcək YOL: “Türkiyənin regionda mövcudluğunu artırmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın dəhlizindən ermənilərin istəklərinə uyğun istifadə olunduqca, regiona heç vaxt sabitlik gəlməyəcək”.

İnterpress.az xəbər verir ki, bunu Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarının fəaliyyətini dəyərləndirən deputat Azər Badamov deyib.

Deputat hesab edir ki, Qarabağa yerləşdirilən rus sülhməramlıları öz missiyasından başqa ermənilərə xidmət edən bütün missiyalarını həyata keçirirlər:

“Rusiya sülhməramlıları görməməzliyə vurduqca, İranın TIR-ları Qarabağa yüklər daşıyır, ermənilər hərbçilərini gətirir və yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar. Halbuki 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq, rus sülhməramlıları Qarabağa dislokasiya olunduqca paralel olaraq erməni hərbi birləşmələri ölkəmizin ərazisini tərk etməliydilər. Bu gün isə bunun əksinə olaraq erməni hərbi tör-töküntüləri yenidən Qarabağa yavaş-yavaş yığılmaqdadırlar. İran da, Rusiya da üzümüzə gülür və xoşumuza gələn sözlər deməklə altdan öz işlərini görürlər. Müvafiq məsələlərlə bağlı İrana və Rusiyaya notaların verilməsi vacibdir. Qoy bilsinlər ki, biz hər şeyi görürük.

Bununla yanaşı, biz Laçın dəhlizində real mövcud olmağımıza çalışmalıyıq. Laçın dəhlizindən ermənilərin istəklərinə uyğun istifadə olunduqca regiona heç vaxt sabitlik gəlməyəcək. Erməni quduz it kimidir. Bir az yemi düzələn kimi ulamağa başlayırlar. Yəqin ki, indi ermənilərin yemləri düzələnə oxşayır ki, Paşinyanlar yenidən sərsəm-sərsəm ulamağa başlayıblar. Ehtiyatımızı əldən verməməliyik və vermirik. Türkiyənin regionda mövcudluğunu artırmalıyıq. Balansda üstünlüyümüzü qoruyacaq bütün addımları atmalıyıq ki, düşmənlərimizin ayağı yer tutmasın”.

Gülşən