Ermənistan Aİ və Belçikada hərbi attaşe təyin edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan Avropa İttifaqı və Belçikadakı hərbi attaşesi vəzifəsinə Vardan Ovakimyanı təyin edib.
Qeyd olunur ki, o, hazırda NATO yanında müdafiə məsələləri üzrə attaşe kimi fəaliyyət göstərir.
Ovakimyanın yeni vəzifədə səlahiyyət müddəti 2027-ci ilin avqustuna qədər davam edəcək.
Xuraman Etibarlı
İnterpress.az






