Ermənistan Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.
İnterpress.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı açıqlamada bildirilib.
Açıqlamada Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi qeyd olunub.