Ermənistan Azərbaycanla münaqişə səhifəsini birdəfəlik bağlamaq istəyir – Mirzoyanbackend

Ermənistan Azərbaycanla münaqişə səhifəsini birdəfəlik bağlamaq istəyir – Mirzoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanla münaqişə səhifəsini birdəfəlik bağlamaq istəyir.

interpress.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Lefkoşada kiprli həmkarı ilə birgə keçirdiyi brifinqdə bildirib.

Eyni zamanda, o, İrəvanın sərhəd insidentlərinin birgə araşdırılması və qarşılıqlı silah nəzarəti ilə bağlı əvvəllər səsləndirdiyi təkliflərə Bakıdan hələ  cavab almadığını qeyd edib.

“Cənubi Qafqaz mühüm yol ayrıcında yerləşir. İqtisadi inkişaf və rifah üçün mühüm perspektivlər var və onlardan istifadə etmək lazımdır”, – Mirzoyan deyib.

Xuraman Etibarlı

İnterpress.az