Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin rəisi işdən ÇIXARILIRbackend

Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin rəisi işdən ÇIXARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin rəisi işdən çıxarılır.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin rəisi Aram Poqosyan yaxın günlərdə işdən çıxarılacaq.

Poqosyan mediaya açıqlamasında vəzifəsindən istefa verəcəyini təsdiqləyib.

Eyni zamanda o, bunun Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyanın deyil, onun qərarı olduğunu vurğulayıb.

“Heç bir səbəb yoxdur. Uzunmüddətli pensiyamdan yararlanmaq üçün gedirəm. Mənim 30 ilə yaxın stajım var və təqaüdə çıxmaq qərarına gəldim. İndi mənim buna haqqım var”, – Poqosyan deyib.

Xuraman Etibarlı

İnterpress.az