“Ermənistan uzun illər sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq” – Soçi görüşü ilə bağlı AÇIQLAMAbackend

“Ermənistan uzun illər sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq” – Soçi görüşü ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü yekunlaşsa da, siyasi analitiklər və ekspertlər aparılan müzakirələr və imzalanan bəyanat haqda müxtəlif fikirlər səsləndirirlər.

Politoloq Tural İsmayılov konkret.az-a açıqlamasında Soçi görüşü və imzalanan 26 noyabr bəyanatını qısaca belə şərh edib:

1) Azərbaycan istədiklərinə nail oldu. Ermənistan 44 günlük savaşdan sonra, növbəti dəfə diplomatik masada məğlubiyyətə düçar olaraq Azərbaycanın diqtə etdiyi şərtləri qəbul etdi.

2) Cənubi Qafqaz bundan sonra bölgəsəl “hab”a çevriləcək. Bu prosesin əsas qarantı isə Azərbaycanın Ali Baş Komandanıdır.

3) Ermənistan uzun illər sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq.

4) İkitərəfli əlaqələr xalqlar arasındakı inkişafa mane olan nifrət duyğusunu zəiflədəcək.

Moskva görüşünün nəticələri Azərbaycana nə vəd edir... - Açıqlama

Politoloq əlavə edib ki, Kreml rəhbərinin Azərbaycandakı rus dilinə hörmətlə bağlı fikirləri və ölkəmizə verdiyi önəm də, Rusiya ilə münasibətlərdə siyasətimizin nə qədər mükəmməl olduğunu sübut edir.