Ermənistan xaosa sürüklənir – “Müharibə canilərinin, Xocalı qatillərinin rəhbərlik etdiyi…“backend

Ermənistan xaosa sürüklənir – “Müharibə canilərinin, Xocalı qatillərinin rəhbərlik etdiyi…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mənbələrinin verdiyi məlumata görə erməni müxalifəti 1 oktyabrdan etibarən kütləvi aksiyalara başalayacaq. Buna səbəb hakim partiya əleyhdarlarının Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşma bəyanatlarından narahat olmalarıdır.

Doğrudanmı rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istəyir, yoxsa parlament seçkilərində məğlub olan müxalifət ölkəni yenidən xaosa sürükləyəcək?

O, aksiyaların əvvəldən gözlənilən olduğunu qeyd edib:

“Əsasən müharibə canilərinin, Xocalı qatillərinin rəhbərlik etdiyi Ermənistan müxalifətinin kütləvi aksiyalara başlayacağı gözlənilən idi və Robert Köçəryan seçkilərdəki məğlubiyyətindən sonra keçirdiyi ilk brifinqdə bunun anonsunu vermişdi. Ötən müddət ərzində revanşçıların kütləvi aksiyalar əl atmamalarının əsas səbəbi belə bir təlimat almamaları, hökumətin konfiqurasiyasının və xarici siyasət istiqamətlərinin bəlli olmaması, mövqelərinin zəif olması ilə bağlı idi.

44 günlük müharibə nəticəsində ideoloji dayaqlarından məhrum olan, postmüharibə dövründə ictimaiyyətdən yetərli dəstək almayan Ermənistan müxalifəti hərəkətə gəlmək üçün vaxt və kütləvi aksiyaların əlverişli zəminini gözləməli idi. Görünür, Köçəryan, Sarksiyan və digər darmadağın olmuş hərbi-cinayətkar xuntanın təmsilçiləri etiraz aksiyaları üçün əlverişli zəmin yarandığını düşünürlər. Yaxud ola bilsin ki, xidmət etdikləri, istifadəsində olduqları qütbün siyasi texnoloqlarını da Paşinyana qarşı etiraz aksiyalarının keçirilməsinə ehtiyac duyulduğu qənaətinə gəliblər.

Buna Nikol Paşinyanın və ətrafının Azərbaycan, Türkiyə ilə birbaşa dialoqa çağırışları da səbəb ola bilər. Məlum olduğu kimi, həm Nikol Paşinyanın son açıqlamalarında, həm də Ermənistan Təhlükəsizlik Şurası katibinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı fikirlərində bir sıra məsələlərdə birbaşa dialoqa cəhdlər nəzərə çarpır”.

Ekspert Paşinyanın bu yanaşmasının Rusiyanın müəyyən dairələrinin narahatlığına səbəb olduğunu vurğulayıb:

“Rusiya 10 noyabr bəyanatının öz baxış bucağına uyğun həyata keçirlməsini istəyir. Həmçinin hesab edir ki, bütün proses Kremlin nəzarəti və vasitəçiliyi altında həyata keçirilməlidir. Moskva kommunikasiyaların, xüsusilə də öz maraqlarına uyğun olan kommunikasiyaların açılmasını məqbul hesab etsə də, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində birbaşa əlaqələrin tərəfdarı deyil. Rusiya regionda baş verən bütün proseslərin episentrində olmağı və münasibətlərin onun dirijor çubuğu ilə həyata keçirilməsini istəyir.

Həm döyüşdə, həm də siyasi səhnədə məğlub edilən Ermənistan müxalifətinin “Paşinyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması” tezisi ilə kütləvi aksiyalara başlamasının əsas səbəbi də, məhz bu amil ola bilər”.

Mehri Qurban

Ermənistan xaosa sürüklənir - “Müharibə canilərinin, Xocalı qatillərinin rəhbərlik etdiyi...“